12 oktyabr 2022 13:18
682

Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb – 12 OKTYABR 2020 13:18

Müdafiə Nazirliyinin məlumatı:

Döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür.
Qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtgü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir. Bu məqsədlə döyüşlər gedən ərazilərə yaxın yerlərdə səyyar təminat və məişət xidməti məntəqələri yaradılıb. Həmin məntəqələrin fəaliyyəti ilə bağlı hazırlanan videosüjeti təqdim edirik.