İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini dəyişib.
“İki sahil” xəbər verir ki, rəis müavini Elmir Ramazanov öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Onun yerinə Kamran Səfərəliyev təyin edilib.
K.Səfərəliyev bu vaxta qədər beynəlxalq mühasibatlıq təşkilatı olan İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Bakı ofisində çalışıb.
Bu ilin yanvar-avqust ayları ərzində 238 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
Azərbaycan Metrologiya İnstitutunun əməkdaşlarına "Tərəqqi" medalları təqdim edilib