Gürcüstanın paytaxtı Tbilisidə yerləşən nüfuzlu beynəlxalq təşkilatların nümayəndəlikləri önündə Ermənistanın hərbi cinayətlərinə etiraz məqsədilə soydaşlarımızın dinc aksiyaları keçirilib.
Bu barədə “İki sahil”ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Belə ki, Marneulidəki “Azərbaycan Evi”nin rəhbəri Məhəbbət İmanovun təşkilatçılığı ilə baş tutan aksiyalar Gürcüstan İnsan Hüquqları üzrə Müvəkkil aparatının, BMT, Avropa Şurası və Avropa İttifaqının Tbilisidəki ofisləri qarşısında gerçəkləşdirilib.
Azərbaycan və Gürcüstan bayraqları ilə aksiyalara qatılan soydaşlarımız Ermənistanın hərbi cinayətləri qurbanlarının, o cümlədən Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlığın, 44 günlük Vətən müharibəsi dövründə cəbhə xəttindən on kilometrlərlə uzaqda olan Gəncə, Bərdə və digər şəhərlərimizin raket atəşinə tutulması nəticəsində həlak olan və yaralanan mülki şəxslərin, uşaqların fotolarını nümayiş etdiriblər.
“Biz çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan erməni silahlı qüvvələrinin qanun qarşısında cavab verməsini tələb edirik!”, “Erməni təcavüzünü dayandırın!”, “Uşaqların öldürülməsini dayandırın!”, “Erməni vandallığını dayandırın!”, “Gəncə üçün dua et!”, “Erməni terrorunu dayandır!”, “Erməni silahlı qüvvələri təkcə Azərbaycan hərbi qulluqçularına deyil, dinc əhaliyə də qarşı misli görünməmiş qırğınlar törədib!”, “Azərbaycan torpaqlarında erməni əsgərlərinə YOX!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Biz beynəlxalq təşkilatları Ermənistanın hərbi cinayətlərini pisləməyə çağırırıq!” və s. şüarlarının əks olunduğu plakatlar vasitəsilə aksiya iştirakçıları beynəlxalq təşkilatlardan və dünya ictimaiyyətindən Ermənistanın hərbi cinayətlərinə münasibət bildirilməsini tələb ediblər.
Sonda aksiya iştirakçılarının və Gürcüstanda fəaliyyət göstərən 100-ə yaxın Azərbaycan icmasının adından beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat təqdim edilib.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib