13 oktyabr 2022 15:00
1138

Göy üzündə nərd oynadılar - VİDEO

Türkiyənin Sivas şəhərində yamac paraşütü ilə məşğul olan iki dost metrələrlə yüksəklikdə uçaraq qeyri-adi işə imza atıblar.

Sivasda insanlarda yamac paraşütünə maraq oyatmaq istəyən Nihat Çökelek və dostu elə bir yenilik ediblər ki, görənlər təəccüblərini gizlədə bilməyiblər. Onlar göyün üzündə nərd oynayıblar.

Həmin anlar dostların kamerasında əks olunub. Bu idman növünü şəhərdə yaymaq üçün belə bir yola əl atdıqlarını deyən N.Çökelek gördüyü işlər sayəsində insanların bu idmana fərqli həvəslə yanaşdığını bildirib.

Fərqlilik yaratmaq istədik

Bu etdikləri sayəsində insanların yamac paraşütünə fərqli həyacanla yanaşmasına səbəb olduğunu deyən Nihat Çökelek “Türk Hava Qurumunun Sivasda açdığı kurs var idi və biz ilk olaraq orada təhsil aldıq. Sonra buradakı təcrübəli dostlardan dəstək aldıq. 3 ilə yaxındır ki, bu idman növü ilə məşğul oluram. Biz bu idmanı təxminən 200 metr hündürlükdə olan təpədən tullanmaqla edirik. Bu idman növünə diqqət çəkmək üçün uçuş zamanı nərd oynadıq. Həm darıxmamaq, həm də insanlarda bu idmana həvəs oyatmaq istədik. Bu idmanı Sivasda daha çox təbliğ etmək və tətbiq etmək üçün çalışırıq. Qarşıdakı günlərdə başqa tədbirləri də planlaşdırırıq. Bu cür videolar sosial şəbəkələrdə paylaşılanda çox maraq görülür. İnsanların bu idmana fərqli baxmalarını istəyirik. Bizim üzərimizə düşən də odur ki, bu idman növünün nə qədər təhlükəsiz olduğunu göstərək. Bacardığımız qədər bu idmanı inkişaf etdirməyə çalışırıq” deyə bildirib.

 Vüsal Cahanov, “İki sahil”