16 oktyabr 2022 10:50
643

Bakı-Qazax avtomagistralında su basmış yerlərdə problem aradan qaldırılıb - VİDEO

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonundan keçən hissəsində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə baş vermiş subasmanın aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən müvafiq tədbirlərin görülməsi təmin olunub.

FHN-dən “İki sahil”ə verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi ötən gecə saatlarında sona çatdırılıb.