16 oktyabr 2022 20:31
587

Kritdə dəhşərli qasırğa

Yunanıstanın ən böyük adasını bürüyən güclü yağışlar səbəbindən Krit hava limanından uçuşlar dayandırılıb.

Beynəlxalq hava limanında uçuş-enmə zolaqlarının su altında qaldığı bildirilib. Cəmi üç saat ərzində 300 mm-dən çox yağış yağıb.

Məlumata görə, Heraklion adasının paytaxtından şimal-qərbdə sahildən 25 km aralıda bir neçə avtomobil dənizə düşüb. Bir neçə yol isə su altında qalıb.