Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəal gənclərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası davam edir.
“İki sahil” xəbər verir ki, oktyabrın 20-də YAP Nəsimi rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Partiya fəalları Heydər Əliyev Mərkəzini, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Onlar Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, əyani vəsaitlərlə tanış olublar.
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib
Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşılıb