"Mənim üçün çox çətin idi. Yarışa yalnız təşkilatçı kimi hazırlaşmışdım. Fiziki cəhətdən hazırlaşmağa isə vaxtım olmayıb".
Bunu “Zəfər yürüşü” turnirinin triatlon yarışında idmançı kimi iştirak edən gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir dünən axşam saatlarında turnirdə iştirak etməklə bağlı qərar verdiyini bildirib: "Bu, planda yox idi. Qərara gəldim ki, idmançılarla birlikdə qaçım. Məsafə böyük deyil, 2 km-dir. Səhər saatlarında velosiped sürmək barədə də düşündüm. Sağ olsunlar təşkil etdilər. Velosiped sürdüm və həm də qaçdığım üçün duatlon edə bildim. Hazırlaşmağa vaxt olmadığı üçün bir az çətin gəldi".
F.Qayıbov velosiped sürdükdən sonra qaçmağın çətin olduğunu sözlərinə əlavə edib: "Özümə söz verirəm ki, idmanla məşğul olmağa vaxt tapacağam. Hələlik mütəmədi məşğul ola bilmirəm. Hamını idmana çağırıram. Belə yarışlarda iştirakçıların sayı çoxalıb, bu da məni sevindirir."
"Report"
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB