Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahı önündə Ermənistanın müharibə cinayətlərinə birdəfəlik son qoyulması tələbi ilə dinc aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "İki sahil"ə verilən məlumata görə, Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistanın hərbi cinayətlərinə, o cümlədən Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlığa, iki il öncə Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə qarşı törədilmiş raket hücumlarına diqqət cəlb edilib.
Aksiyada nümayiş etdirilən fotomateriallar “Azərbaycan bütün universal dəyərlərə hörmət edir!”, “Ermənistan silahlı qüvvələri təkcə Azərbaycan hərbi qulluqçularına qarşı deyil, həm də mülki vətəndaşlarımıza qarşı misli görünməmiş qırğınlar törədib”, “Çoxsaylı müharibə cinayətlərinə görə məsuliyyət daşıyan erməni silahlı qüvvələrinin qanun qarşısında cavab verməsini tələb edirik!”, “Beynəlxalq təşkilatları müharibə cinayətləri törədən erməniləri qınamağa çağırırıq!”, “Ermənistanın təcavüzünü dayandırın!” kimi şüar və çağırışlarla müşayiət olunub.
Qeyd edək ki, aksiyada Belçika Azərbaycanlıları Federasiyası, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Benilüks Azərbaycanlıları Konqresinin nümayəndələri, Belçika və Niderlandda yaşayan Azərbaycan icmasının fəalları iştirak ediblər. Aksiyada məqsəd oktyabrın 20-21-də Brüsseldə toplaşan Avropa İttifaqı ölkələrinin liderlərinin diqqətini Ermənistanın müharibə cinayətlərinə cəlb etmək olub.
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib
Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşılıb
Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub - FOTO
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar