Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun ilə görüşüb.
"İki sahil" xəbər verir ki, bu barədə Hikmət Hacıyev “Twitter“də paylaşım edib.
Görüş İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) informasiya nazirlərinin 12-ci sessiyası çərçivəsində baş tutub.
Bundan əlavə, Hikmət Hacıyev İƏT Baş Katibi Hissein Brahim Taha, Özbəkistan Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev və İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili ilə də ikitərəfli görüşlər keçirib.
Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşılıb
Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub - FOTO
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar