Türkiyənin “HAVELSAN” müdafiə sənayesi şirkəti pilotsuz ağır yük daşıyan “Kapqan” hərbi maşınını təqdim edəcək.
“İki sahil” AA-ya istinadən xəbər verir ki, “HAVELSAN” mühəndisləri bir müddətdir ki, “rəqəmsal birlik” konsepsiyasına uyğun olaraq pilotsuz quru, hava və dəniz nəqliyyat vasitələrinin yaradılması üzərində işləyirlər.
“Kapqan” ilk dəfə 25-28 oktyabr tarixlərində İstanbulda təşkil edilən SAHA EXPO Müdafiə və Aerokosmik sərgisində nümayiş etdiriləcək.
“Fateh” mənasını verən adını Göytürk xaqanı Qapağan xaqandan alan pilotsuz ağır yük daşıyan hərbi maşın 30x113 mm-lik yüklərdən istifadə edən silah sistemi ilə diqqət çəkir. Hava və yer hədəflərinə qarşı əla zirehdeşici xüsusiyyətlərə malik olan silahın atış məsafəsi 2000 metrə qədərdir. “Kapqan”a müxtəlif tipli və kalibrli silah sistemləri inteqrasiya oluna bilər.
Yüksək manevr qabiliyyətinə malik təkər dizaynı ilə “Kapqan bütün hava, ərazi və görmə şəraitində üstün əməliyyat qabiliyyətinə malik olacaq.