26 oktyabr 2022 10:48
563

FHN Yasamalda magistral kəmərdə qəza baş verən ərazidən suyun çəkilməsi işlərinə cəlb olunub

Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

FHN-dən "İki sahil"ə verilən məlumata görə, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.