Türkiyənin Adana şəhərində təmirə gətirilən mobil telefonun batareyası servis işçisinin əlində partlayıb. Servisin texniki xidmət mütəxəssisi bildirib ki, partlayışların qarşısını almaq üçün texniki qaydalara riayət etmək lazımdır.
Adananın Yüreğir rayonunda bir vətəndaş mobil telefonunun batareyası çox qızdığı üçün onu servisə aparıb. Servis işçisi telefonu yoxlayarkən birdən telefonun batareyası partlayaraq yanmağa başlayıb. Servis işçisi qorxudan mobil telefonu yerə atıb və ondan uzaqlaşıb. Batareyanın partlaması və yanması anı təhlükəsizlik kamerasına düşüb.
Belə halların qarşısını almaq üçün mobil telefonlara texniki xidmət mütəxəssisi Ramazan Özdemir istifadəçilərə xəbərdarlıq edib. R.Özdemir mobil telefonunun batareyasının partlamasının tez-tez qarşılaşan hal olduğunu, lakin bu partlayışların sadə səhvlərdən qaynaqlandığını ifadə edib: “Ən çox edilən səhvlərdən biri də mobil telefonu gecə saatlarında şəbəkəyə qoşub səhərə qədər cihazda saxlamaqdır. Hamı yatanda bu prosesi edir ki, gün ərzində batareya 100 faiz olsun. Ancaq bu həm batareyanın ömrünü qısaldır, həm də 100 faiz dolu olduqdan sonra bir müddət sonra batareyanın davamlı olaraq qızmasına və partlamasına səbəb olur. Bundan əlavə, batareyanı doldurarkən telefondan istifadə batareyanın partlamasına səbəb olur. Telefon doldurularkən heç nə etməyin. Digər səbəb isə orijinal batareyaların quraşdırılmamasıdır. Bundan əlavə, orijinal batareya kabelindən istifadə edilməməsi batareyanın qızmasına və partlamasına səbəb olur və onun ömrü uzun olmur.” R.Özdemir əlavə edib ki, vətəndaşlar bu qaydalara əməl etsələr, təhlükəsizlik kamerasındakı kimi batareya partlaması olmayacaq.
Vüsal Cahanov, “İki sahil”