Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində– “Qış parkı”nın yaxınlığında yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub və nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğın qısa müddətdə söndürülüb.
FHN-in mətbuat xidmətindən “İki sahil”ə verilən xəbərə görə, hadisəyə operativ müdaxilə sayəsində alovun genişlənərək bitişik tikililərə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində ilkin məlumata əsasən, vətəndaşa məxsus ümumi sahəsi 30kv.m olan ikiotaqlı evin dam örtüyü 6kv.m və təsərrüfat otağının yanar konstruksiyaları 20kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə edilib.
***
Bakının Nəsimi rayonunda "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə baş verən yanğının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən “İki sahil”ə verilən xəbərə görə, FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən “İki sahil”ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.