Abşeron yarımadasının dayanıqlı və keyfiyyətli içməli su təchizatında xüsusi payı olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsindən 7 il ötür.
“İki sahil” xəbər verir ki, "Azərsu" ASC bununla bağlı paylaşım edib.
Paylaşımda həmçinin qeyd olunur ki, 28 oktyabr 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən qurğunun məhsuldarlığı saniyədə 6,6 kubmetr (sutkada 570 000 kubmetr) təşkil edir. Ənənəvi təmizləmə qurğularından fərqli olaraq kompleksdə su ultrasüzgəc texnologiyasına əsaslanmaqla avtomatik rejimdə təmizlənir və onun təbii mineral tərkibi qorunub saxlanır. Qurğu 2016-cı ildə Abu Dabi Qlobal Su Sammitində dünya su sənayesinin ən önəmli 4 layihəsindən biri seçilib.