31 oktyabr 2022 15:23
2033

"Fəryad 2"nin treyleri təqdim olundu - VİDEO

Noyabrın 4-də “Korkut ata” tammetrajlı bədii və sənədli filmlər festivalında Vaqif Mustafayevin yeni “Həyat, deyəsən gözəldir” (“Fəryad-2”) filminin beynəlxalq premyerası keçiriləcək. 

“İki sahil” xəbər verir ki, noyabrın 1-dən 5-dək türk dünyasının 2022-ci ilin mədəniyyət paytaxtı - Bursa şəhərində keçiriləcək festivalın təşkilatçıları Beynəlxalq Film Birliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyidir.

Film 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsindən bəhs edir. Ekran işinin ilk treyleri təqdim olunub.

Ekran işində əsir düşmüş iki erməni qardaşın hekayəsi təqdim olunacaq. Çəkilişlər Bakı şəhəri, Xızı rayonu, Xocaven rayonunun Hadrut kəndində və Abşeron yarımadasında aparılıb.

V.Mustafayevin rejissor və ssenari müəllifi kimi çıxış etdiyi layihə bədii film müsabiqəsində baş mükafat uğrunda mübarizə aparacağı festivalın proqramına daxil edilib. Filmdə baş rollarda Hikmət Rəhimov, Georgi Seliya, Sevinc Əliyeva, Demetre Samxaradze, Nino Qomarteli, Abbas Kaxramanov, Anaida Rostovskaya, Çingiz Həsənov, Avtandil Maxaradze çəkilib.

Qeyd edək ki, Vaqif Mustafayev Qarabağ müharibəsi zamanı Azərbaycan hərbçilərinin taleyindən və o zamankı hadisələrdən bəhs edən “Fəryad” filminin ssenari müəllifidir.