“Azneft” İstehsalat Birliyi istehsal proseslərinə nəzarətin təkmilləşdirilməsi, müasir idarəetmə sistemlərinin tətbiqinin genişləndirilməsi məqsədi ilə balansındakı əmtəə çənlərinin təhlükəsiz istismarını təmin etmək üçün yanğınların qarşısının alınması zamanı avtomatlaşdırılmış sistemlərin quraşdırılmasına böyük önəm verir.
Dübəndi neft-yığım məntəqəsinin 11 saylı əmtəə çənləri parkında avtomatlaşdırılmış köpüklə yanğınsöndürmə sistemi qurularaq istifadəyə verilmişdir. Bu sistem çənlər parkındakı 8 ədəd hərəsi 5000 kubmetr həcmində olan neft rezervuarının yeni texniki şərtlər əsasında mərkəzləşdirilmiş qaydada idarə edilməsinə və parka kompüter sistemi ilə nəzarət olunmasına imkan verir.
Layihə üzrə Dübəndi sahəsində 1000 kubmetr həcmində su tutumu, köpük məhlulu yaratmaq üçün 2 ədəd 100 kubmetrlik çən, 100 kubmetrlik su çəni üçün postament, yanğın əleyhinə nasosxana, operator otağı tikilmiş, su və köpük üçün boru kəmərləri çəkilmişdir.
Bundan başqa, müxtəlif nasoslar, bak dozator, nəzarət ölçü cihazları və avtomatika avadanlıqları, dizel generatoru, avtomatik idarəetmə sistemi quraşdırılmış, xarici işıqlandırma və elektrik işləri yerinə yetirilmşdir.
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib