Pakistanın keçmiş Baş naziri İmran Xana atəş açan şəxs tutulub.
“İki sahil” xəbər verir ki, həmin şəxs kameralara da düşüb. Onun kimliyi barədə hələlik məlumat açıqlanmayıb.
İmran Xanın ayağından yüngül yaralandığı bildirilir.
***
Pakistanın keçmiş Baş naziri İmran Xana sui-qəsdə cəhd olub.
“İki sahil” "Sky News"a istinadən xəbər verir ki, silahlı şəxs İmran Xana Vəzirabadda mitinqdə tərəfdarlar qarşısında çıxış edərkən atəş açıb.
Onun ayağından güllə yarası aldığı bildirilir. Keçmiş Baş nazir hadisə yerindən uzaqlaşdırılıb və tərəfdarları onun sui-qəsd cəhdindən sağ çıxdığını açıqlayıblar.
Hadisə zamanı daha 4 nəfərin yaralandığı xəbər verilir.