04 noyabr 2022 16:58
580

Buzovna-Mərdəkan yolu üzərində velosiped yolları inşa edilir VİDEO

Buzovna-Mərdəkan avtomobil yolu üzərində “Bakı Abadlıq” MMC tərəfindən uzunluğu 8.2 km olan velosiped yolları və piyadaların təhlükəsiz, rahat hərəkətini təmin etmək məqsədi ilə səkilər inşa edilir.

Bakı Nəqliyyat Agentliyindən “İki sahil”ə verilən məlumata görə, BNA tərəfindən layihələndirilən səki və velosiped yollarında tikinti-quraşdırma işlərinin bir hissəsi artıq yekunlaşıb.

Qeyd edək ki, velosiped yollarının inşası şəhərin mobillik imkanlarının artırılması ilə yanaşı, həm də velosipeddən istifadəni təşviq edən mühüm vasitələrdən biridir.