06 noyabr 2022 20:00
680

Sərnişin təyyarəsi gölə düşdü YENİLƏNİB/VİDEO

Tanzaniyada sərnişin təyyarəsinin ölkənin şimalında Bukoba şəhər aeroportu yaxınlığında Viktoriya gölünə düşməsi nəticəsində 19 nəfər ölüb.

bunu Tanzaniya Baş naziri Kasim Macaliva bildirib.

Təyyarənin göyərtəsində 43 nəfər olub. Baş nazir ölənlər arasında sərnişinlər və heyət üzvləri olduğunu açıqlayıb.

***

Tanzaniyada sərnişin təyyarəsi pis hava şəraiti səbəbindən Viktoriya gölünə düşüb.

“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, “Precision Air” şirkətinə məxsus təyyarənin ölkənin şimal-qərbindəki Bukabo şəhərinə eniş etməzdən əvvəl gölə düşdüyü açıqlanıb.

Qəzanın yerli vaxtla saat 10:50-də baş verdiyi bildirilir.

Bölgə polis rəisi Uilyam Mvampanqhale bildirib ki, təyyarədə olan sərnişinlərin sayı və qəza nəticəsində ölənlərin sayı barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.

Yerli mətbuatın məlumatına görə, təyyarədə 49-u sərnişin olmaqla 53 nəfər olub.