Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
DİN-dən “İki sahil”ə verilən məlumata görə, idarə və ərazi polis orqanlarının oktyabr ayı ərzində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 39 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 2 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib.
Qeyd edilib ki, saxlanılan şəxslərin bir neçəsinin Sabunçu rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib.
Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq