Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı (Əmirov) Qaradağ rayon Məhkəməsinə gətirilib.
“İki sahil” xəbər verir ki, hakim Teymur Qurbanovun sədrliyi ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılır.
İstintaq orqanından Rəşad Əmirov barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.