13 noyabr 2022 23:20
718

Mahir dubl etdi, “Dinamo” darmadağın

Milli komandamızın üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo" bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Zaqreb təmsilçisi səfərdə "Riyeka" ilə qarşılaşıb və 7:2 hesabı ilə qalib gəlib.

Emreli bu görüşdə dublla yadda qalıb. 72-ci dəqiqədə meydana çıxan 26 yaşlı hücumçu elə həmin dəqiqə hesabı artırıb. Mahir digər qolu 85-ci dəqiqədə rəqib qapısından keçirib. Millimizin üzvü 73-cü dəqiqədə sarı vərəqə alıb.

"Riyeka" - "Dinamo" (Zaqreb) - 2:7

Qollar: Misiç, 2 (0:1), Orsiç, 13 (0:2), Şpikiç, 27 (0:3), Orsiç, 44 (0:4), Luneatta, 47 (1:4), Sutalo, 56 (1:5), Emreli, 72 (1:6), 85 (1:7), Vransiç, 90+1 (2:7)