Qətərdə təşkil edilən dünya çempionatının açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir Dohadan 40 kilometr şimalda yerləşən El-Xaur şəhərindəki 60 min tamaşaçı tutumuna mali “El-Bayt” stadionunda baş tutub.
Mərasimdə Cənubi Koreyanın Kpop qrupu BTS-in üzvlərindən Çon Conquk “Dreamers” musiqisini ifa edib. Həmçinin bir çox tanınmış xarici və qətərli müğənnilər öz ifaları ilə iştirak ediblər.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Qətər – Ekvador oyunu ilə start götürəcək DÇ-2022-nin çempionu 42 milyon dollar qazanacaq.
***
Futbol üzrə dünya çempionatının açılış mərasiminə start verilib.
“İki sahil” xəbər verir ki, tədbir müqəddəs Qurani-Kərimin sədaları ilə başlayıb. Mərasimdən sonra sayca 22-ci olacaq mundialın ilk oyununda ev sahibi Qətərlə Ekvador yığması üz-üzə gələcək.
A qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 60 minlik azarkeş tutumuna malik “El-Bayt” stadionundakı qarşılaşmanı italiyalı Daniele Orsato idarə edəcək.