Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2-yə çatıb.
“İki sahil” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 68 nəfər yaralıdır: “Düzce, Sakarya və Boluda tədris dayandırılıb”.
***
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.
“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.
***
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.
“İki sahil” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Mütəxəssislər yeraltı təkanların təkrarlana biləcəyini istisna etmirlər.
***
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.
“İki sahil” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib ki, zəlzələdə ölən olmayıb: “Bu, ən böyük təsəllimizdir”.
O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan mövcud durumla yaxından izləyir: “Bəzi yerlərdə elektrik enerjisi kəsilib, amma tədricən bərpa edilir. Gün ərzində bu məsələ həllini tapacaq.
Zəlzələdən sonra 70-dən çox afterşoklar qeydə alınıb. Müxtəlif qurumlar, o cümlədən Qızıl Aypara Cəmiyyəti vətəndaşlarımıza kömək edir, dəstək olurlar”.
Nazirin sözlərinə görə, əraziyə xilasedicilər cəlb edilib: “Zəlzələ bir çox regionda hiss edilib”.
Düzce valisi Cevdat Atay bəzi ərazilərdə, o cümlədən Düzcede və Boluda məktəblərdə tədrisin dayandırıldığını bildirib.
Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın sözlərinə görə isə vətəndaşlara dəstək olmaq üçün bölgəyə 10 psixososial qrup göndərilib.
***
Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 35 nəfərə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.
Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.