24 noyabr 2022 18:44
537

Prezidentin yeni köməkçisi kimdir? - Dosye/FOTO

Andrey Sipilin Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin olunub.

“İki sahil” xəbər verir ki,  Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.

2001-ci ildə Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib.

Əvvəl "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

Birinci vitse-prezidentin yeni köməkçisi Andrey Sipilin Ali Məhkəmənin hakimi milliyyətcə yəhudi olan Tatyana Qoldmanın yeganə övladıdır. T. Qoldmanın atası isə məşhur memar olub.