25 noyabr 2022 09:35
474

Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Gənclər və idman naziri Fərid Qayıbov Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin çağırışına qoşulub.

“İki sahil” xəbər verir ki, nazir bu barədə rəsmi feysbuk hesabında paylaşım edib.

O, işə ictimai nəqliyyatla və ya piyada getdiyini bildirib. F. Qayıbov bunun sağlam həyat tərzinin və ətraf mühitin qorunması üçün faydalı təşəbbüs olduğunu diqqətə çatdırıb.

Nazir hər kəsi bu təşəbbüsə qoşulmağa çağırıb.