25 noyabr 2022 13:25
426

Mədəniyyət naziri: Bu il 24 mln manat büdcə vəsaitinə qənaət ediləcək

2022-ci il üçün dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə ayrılmış vəsaitin 24 mln manatına qənaət ediləcəyi gözlənilir.

“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

O, son iki ilin qənaət rəqəmlərini vurğulayıb: "2020-ci ildə bu qənaət 32,3 mln manat, 2021-ci ildə isə 38,4 mln manat olub. Ümumilikdə, 2020-2021-ci illərdə dövlət büdcəsinə 70,7 mln manat qaytarılıb".