25 noyabr 2022 23:58
447

Düşüncələri oxuyan cihaz?

Bu ki inanılmazdır!..

Kiminsə beynindəki düşüncələri görmək, oxumaq kimi bir istək çox adamın ürəyində var. Düşüncələri oxumaq məsələsi həmişə insanlar üçün maraqlı olub. Həqiqətən, belə bir cihazın köməyi ilə həm cinayətlər daha tez ortaya çıxar, ümumiyyətlə hər şey asanlaşar.

Keçək əsas məsələyə. Kaliforniya Universitetinin alimləri düşüncələri oxumaq və onları bir mətnə ​​çevirməklə bağlı bir üsul tapıblar. Bunun üçün xüsusi bir cihaz da hazırlanıb-ən azından sağlamlıq problemi olan insanlar üçün. Bunlar birbaşa beyindən nitq siqnallarını tutan beyin implantlarıdır, maşın öyrənmə alqoritminə keçir və onları deşifrə edir, sonda isə səs cihazının köməyi ilə səsləndirir.

Bu yolla danışa bilməyənlər yaxud hərəkət edə bilməyən insanlar artıq düşüncə gücü ilə əlaqə qura bilərlər. Yeni metod artıq eksperimental olaraq sübut edilmişdir. Cihazın sınağında iştirak edən iki xəstə ucadan səslənmədi, ancaq düşündükləri qeyd olundu.

İlk araşdırmada çiyinlərinin aşağısından tamamilə iflic olan bir adam iştirak etdi. O, ingilis və ispan dilində danışırdı və cihazın çox çətin bir vəzifəsi var idi: onun nə düşündüyünü və hansı dildə düşündüyünü anlamaq. Nəticədə elm adamları hər iki dili tanımağı bacardılar, cihaz isə tam olaraq səkkiz kod sözündən onun hansını düşündüyünü səsləndirdi.

İkinci araşdırmada on beş il əvvəl danışma qabiliyyətini itirən bir adam iştirak etdi- o, dəhşətli bir qəzaya düşmüşdü, bundan sonra insult keçirmişdi. Nəticədə NATO radiotelefon rabitəsinin fonetik əlifbasından istifadə etdi. Bu latın əlifbasının hərflərini ötürmək üçün geniş istifadə edilən kod sözləri dəstidir.

Nəticədə, bu adam beynində əlifbanın kod sözlərini əqli şəkildə ifadə edən bəzi ifadələr yaradır: Onun  dəqiqədə yalnız yeddi söz düşündüyü ortaya çıxdı.

Tədqiqatın müəlliflərindən biri, Sarah Vandlad, cihazın daxili nitqi proqnozlaşdırdığını və bununla da xəstəyə sadəcə öz başındakı sözlərin tələffüzünə yönəltməyə imkan verdiyini açıqlayıb.

Əvvəlki cihazlar, yeri gəlmişkən, dəqiqədə beş söz danışmağa icazə verirdi. Lakin elm adamları hazırda 150 sözə yaxınlaşmağa çalışırlar. Tədqiqatçıların fikrincə, bunlar yalnız bu sahədə ilk addımlardır.

Nubar Süleymanova, “İki sahil”