Kim Çen In bu yaxınlarda “Hvason-17” qitələrarası ballistik raketinin buraxılışında iştirak edən hərbi qulluqçuların, alim və texniki işçilərin mükafatlandırma mərasimində iştirak edib.
“İki sahil” xəbər verir ki, KXDR lideri çıxışında noyabrın 18-də buraxılan “Xvason-17” raketinə işarə edərək, onun dünyanın ən güclü strateji silahı olduğunu bildirib: “Xvason-17” raketi KXDR-in güclü ordu yaratmaq qabiliyyətini nümayiş etdirib”.
KXDR lideri əsas məqsədlərini açıqlayaraq deyib: “Bizim əsas məqsədimiz dünyanın ən güclü strateji qüvvələrinə sahib olmaqdır".