27 noyabr 2022 21:44
263

Türkiyədəki futbol matçında qapıçıya hücum olub, oyun yarımçıq qalıb

"Göztepe" və "Altay" komandaları arasında keçirilən Türkiyə 1-ci Liqasının XV tur oyunu yarımçıq dayandırılıb.

“İki sahil” xəbər verir ki, buna stadionda baş verən hadisələr səbəb olub.

Qarşılaşmada meydana girən azarkeş "Altay"ın qapıçısı Ozan Evrim Özençi əlindəki çubuqla vurub. 29 yaşlı qolkiper xəstəxanaya aparılıb.

Bundan əlavə, qonaq komandanın fanatlarının istifadə etdiyi pirotexniki vasitələrdən sonra iki tərəfdar ciddi xəsarət alıb. Onlar da xəstəxanaya çatdırılıblar.