27 noyabr 2022 21:30
325

Rusiya UEFA-dan ayrılaraq Asiya Futbol Konfederasiyasına qoşulmaq istəyir

Rusiya Futbol İttifaqı Asiya Konfederasiyasına keçid məsələsini İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə İttifaqın rəhbəri Aleksandr Dyukov bildirib.

Qeyd edək ki, Rusiya komandalarına tətbiq edilən sanksiyalardan sonra Rusiya UEFA-dan ayrılaraq Asiya Futbol Konfederasiyasına daxil olmağı planlaşdırır.

Asiya Futbol Konfederasiyası Asiya Çempionlar Liqası və Asiya Çempionatından ibarətdir.