27 noyabr 2022 22:00
260

DÇ-2022: Xorvatiya Kanadanı darmadağın etdi

Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinin 2-ci turunun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, F qrupunda Xorvatiya ilə Kanada üz-üzə gəliblər.

Oyunun 2-ci dəqiqəsində Alfonso Deyvis hesabı açıb.  36-cı dəqiqədə Andrey Kramariç bərabərlik qolunu vurub. 44-cü dəqiqədə Marko Livaya Xorvatiyanı hesabda önə çıxarıb. 70-ci dəqiqədə yenidən fərqlənən Andrey Kramariç komandasının üstünlüyünü iki topa çatdırıb. Matçda son nöqtəni 90+4-cü dəqiqədə Lovro Mayer qoyub – 4-1.

Dünya çempionatı, 2-ci tur

27 noyabr

F qrupu

20:00. Xorvatiya 4-1 Kanada

Qol: Alfonso Deyvis, 2, (1-0), Andrey Kramariç, 36, (1-1). Marko Livaya, 44, (2-1), Andrey Kramariç, 70, (3-1), Lovro Mayer, 90+4, (4-1)

Baş hakim: Andres Matonte (Uruqvay)

"Xəlifə" stadionu