27 noyabr 2022 22:31
248

Tokayev Rusiyaya səfər edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edib.

“İki sahil” xəbər verir ki, Tokayev rəsmi səfəri çərçivəsində sabah Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Tokayev üçün bu, dövlət başçısı vəzifəsinə yenidən seçildikdən sonra ilk xarici səfərdir.

Xatırladaq ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Tokayev 69,44 faiz seçici fəallığının olduğu seçkilərdə 81,31 faiz səslə qalib gəlib. Noyabrın 26-da Qazaxıstan liderinin andiçmə mərasimi olub.