28 noyabr 2022 01:13
542

Rusiya kubokunda oyun zamanı kütləvi dava baş verib

Rusiya kubokunda Moskvanın “Spartak” və Peterburqun “Zenit” komandasının görüşü zamanı kütləvi dava baş verib.

“İki sahil” xəbər verir ki, heç-heçə bitən əsas vaxtdan sonra komandaların oyunçuları arasında dava düşüb.

Davaya “Spartak”ın oyunçusunun “Zenit”in hücumçusuna təpik vurması səbəb olub. Bunun ardınca hakimlər və məşqçilər meydançaya daxil olub. Davaya görə hər tərəfdən 3 oyunçu qırmızı vərəqə alıb.