Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə “Əməkdar jurnalist” fəxri adının və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə imzalanan Sərəncama əsasən, aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilib:
Əliyev İlham Yaylaqalı oğlu
Musayev Alqış Həsən oğlu.
Aşağıdakı şəxslərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:
Xəlilov Zahid Abdulla oğlu
Şadlinski Vaqif Bilas oğlu
Vəliyev Misirxan İzzət oğlu.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB