Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində qalmaqal baş verib.
“İki sahil” xəbər verir ki, hadisə verilişdə ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında baş verib.
Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın üstünə su atıb.
Sözügedən hadisədən sonra ekspert proqramdan uzaqlaşdırılıb.
Qeyd edək ki, Anar Vəziroğlu Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun qardaşıdır.
Azərbaycan nümayəndə heyəti Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət edib
AAYDA: Bakı-Qazax yolunun Nəvai ərazisindən keçən hissəsində hərəkət bərpa olunub