01 dekabr 2022 14:34
587

Xalq artisti: Azərbaycanın sənət və intellektual potensialı hər zaman üstündür

Azərbaycan Respublikasının Xalq artisti, teatr və kino aktyoru, teatr rejissoru, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov “4.4 Qısa Tamaşalar Festivalı”nda iştirak etmək üçün Bakıda səfərdədir. 

“İki sahil” xəbər verir ki, C.Novruzov bildirib ki, hazırda peşəkar teatr deyilən anlayış ancaq bir neçə aktyorda qalıb: “Düzdür, Azərbaycan Dövlət Milli Dram Teatrında peşəkarlıq görünür, ora professionallığını qoruya bilib, amma onun adına və şanına uyğun səviyyədə deyil. Bir millətin bugünkü problemlərini onun təhsilində axtarmaq lazımdır”.

Xatırladaq ki, Xalq artisti Cahangir Novruzov uzun illərdir Türkiyədə yaşayıb, fəaliyyət göstərir.