01 dekabr 2022 14:25
465

Tottinin favoritləri

"Roma"nın əfsanəvi futbolçusu Françesko Totti DÇ-2022-dəki favoritlərini açıqlayıb.

"İki sahil" xarici KİV-lərə istinadən xəbər verir ki, İtaliya millisinin sabiq üzvü deyib: "Dünya çempionatındakı favoritlərim Braziliya, Argentina və Fransadır".

Qeyd edək ki, Tottinin söylədiyi hər üç yığma DÇ-2022-də 1/8 finala vəsiqə qazanıb.