01 dekabr 2022 14:55
422

"Real"dan Ronaldo açıqlaması

"Real"ın mətbuat xidməti Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonun nümayəndələrinin oyunçunu kluba təklif etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"İki sahil" İspaniya mətbuatına istinadən xəbər verir ki, açıqlamada qeyd olunur: “Ronaldonun kluba mümkün transferini şərh etməyəcəyik. Çünki bu, şəxsi məlumatdır".

Xatırladaq ki, Ronaldo noyabrda "Mançester Yunayted"lə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib. 37 yaşlı futbolçu  2009-2018-ci illərdə Madrid klubunda oynayıb.