01 dekabr 2022 15:30
413

Qubernator İrəvanın dezinformasiyalarını ifşa etdi:  Azərbaycanlılar bizə atəş açmırlar

Xəbər verildiyi kimi son günlər Ermənistanın Müdafiə Nazirliyi mütəmadi olaraq dezinformasiyalar yayır. Azərbaycan ordusunun guya qarşı tərəfə atəş açması, hətta mülki obyektləri hədəf alması barədə rəsmi açıqlamalar səslənir.

Bu gün isə elə Ermənistan rəsmilərindən biri bu informasiyaları yalanlayıb.

“İki sahil” xəbər verir ki, Vayots Dzor vilayeətinin qubernatoru Ararat Qriqoryan jurnalistlərə verdiyi açıqlamada deyib ki, azərbaycanlı hərbçilər yaşayış məntəqələri istiqamətində atəş açmırlar.

“Cermuk istiqamətində heç bir gərginlik yaşanmır. Bəlkə də həbçilərin dayandığı mövqelərə doğru hansısa atışlar ola bilər və s. Sadəcə olaraq ictimaiyyətimizə bildirmək istəyirəm ki, azərbaycanlılar özəri üçün havaya atəş aça bilərlər. Amma mövqelərimiz istiqamətində elə bir atışlar olmayıb ki, gərgin vəziyyət yarana və bu bizi əlavə tədbirlər görməyə məcbur etsin. Cermukda belə bir durum yaranmayıb”, - qubernator parlamentdə jurnalistlərə deyib.