01 dekabr 2022 15:45
324

Mirzoyan və Dendias Türkiyə ilə normallaşmanı müzakirə edib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Yunanıstan XİN rəhbəri Nikos Dendias ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Qeyd olunub ki, XİN rəhbərlərinin görüşü Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində baş tutub.

Görüş zamanı ölkələrarası münasibətlər, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri müzakirə edilib.