01 dekabr 2022 16:08
431

Sabirabad Sənaye Məhəlləsində yeni rezident

“Rengli Porselen” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsinin rezidentliyi statusu verilib.

“İki sahil” xəbər verir ki,  yeni rezident “Rengli Porselen” MMC Sabirabad Sənaye Məhəlləsinin ərazisində çini qabların istehsalını həyata keçirəcək.

İnvestisiya həcmi 1,2 milyon manata yaxın olan müəssisədə 28 yeni iş yerinin yaradılması nəzərdə tutulur.