01 dekabr 2022 16:28
448

Azərbaycan millisinin futbolçusu "Sabah"ın tarixinə düşüb

Azərbaycan millisinin futbolçusu Amin Seydiyev "Sabah" klubunun tarixində ən çox matça çıxan oyunçu olub.

“İki sahil” xəbər verir ki, 24 yaşlı müdafiəçi bunu "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XV tur oyununda bacarıb.

Paytaxt təmsilçisində 68-ci qarşılaşmasını keçirən Seydiyev bu göstəricidə mütləq rekordçudur. O, "Sabah"ın sabiq qapıçısı Saşa Stamenkoviçi (67) geridə qoyub.

Qeyd edək ki, Amin Seydiyev komandanın heyətində Premyer Liqada 64, ölkə kubokunda isə 4 matçda iştirak edib.