01 dekabr 2022 17:11
385

Nə? Harada? Nə vaxt? - Novikov axtarışa verildi

Rusiyalı vəkil və “Nə? Harada? Nə vaxt?” intellektual oyununun keçmiş iştirakçısı Rusiyada əvvəllər “xarici agent” kimi tanınan İlya Novikov axtarışa verilib.

“İki sahil” BBC-nin Rusiya bürosuna istinadla xəbər verir ki, Novikovun kartı Rusiya Daxili İşlər Nazirliyinin elektron məlumat bazasında meydana çıxıb. Buna ilk diqqət çəkən isə “Verstka” nəşri olub. Kartda vəkilin Cinayət Məcəlləsinin hansı maddəsi üzrə axtarışda olduğu göstərilməyib.