01 dekabr 2022 17:08
376

Paşinyan və ABŞ-ın Qafqaz üzrə baş müşaviri Azərbaycanla normallaşmanı müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerlə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, regional stabillik və təhlükəsizliyin təmin olunması üçün atılan addımlar müzakirə olunub.

Xatırladaq ki, Filip Riker bu gün İrəvana gedib və dekabrın 4-nə kimi orada rəsmi səfərdə olacaq. O, bundan əvvəl Azərbaycanda səfərdə olub.