01 dekabr 2022 23:36
614

Bizdən nə istəyirlər, nəyi bağışlaya bilmirlər? VİDEO

Tanınmış jurnalist Mirşahin Ağayev Fransa və İranın ölkəmizə qarşı son zamanlar sərgilədiyi siyasəti tənqid edib.

“İki sahil” xəbər verir ki,  jurnalist  Real TV-nin efirində yayımlanan “Fransız ətirli əmmamə” süjeti ilə həmin dövlətlərin son təxribatlarını qiymətləndirib.

O, Fransa və İranın ermənilərin ölkəmizdə həyata keçirdiyi işğalçılıq siyasətinə etinasız yanaşdıqlarını qeyd edib:

“İran Naİslam Respublikası məscidlərimizi ermənilərin donuz tutan əlinə dəyişdi. Fransızlar isə öz bahalı ətirlərinin arxasında üfunət dağarcığı olduğunu daha gizlədə bilmədilər”.

Həmin süjeti təqdim edirik.