04 dekabr 2022 17:28
177

3 ölkə Aİ-ni Rusiyaya qarşı növbəti sanksiyaları təsdiqləməyə çağırıb

Estoniya, Litva və Polşa Avropa İtifaqını Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini mümkün qədər tez təsdiq etməyə çağırıb.

"İki sahil" xəbər verir ki, bu barədə "Evropeyskaya pravda" nəşri məlumat yayıb.

“Neft qiymətlərinin məhdudlaşdırılması Rusiyanın Ukraynaya təcavüzünə cavabımızın yalnız bir hissəsidir. Biz Rusiyanı effektiv sanksiyaların tətbiqini nəzərdə tutan maliyyələşdirmək imkanından məhrum etməklə Ukraynanı dəstəkləməyə davam etməliyik", - birgə bəyanatda bildirilir.

Bir gün əvvəl Aİ ölkələri Rusiya neftinin hər barelinin 5 dollardan aşağı səviyyədə qalması üçün hər iki aydan bir nəzərdən keçirilmək şərti ilə Rusiya neftinin qiymətinin yuxarı həddi (60 ABŞ dollar) barədə razılığa gəliblər. Bu gün bu qərarı Aİ Şurası təsdiqləyib.