05 dekabr 2022 00:23
945

Bakı-Quba yolunda hərəkət bərpa olunub - YENİLƏNİB

Bakı-Quba yolunda nəqliyyatın hərəkəti tam bərba olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd edək ki, həftə sonu dağlıq ərazilərə qar yağışı ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfərlər etmiş və bugun axşam radələrində Paytaxt istiqmamətlərinə qayıtmaları səbəbindən adı çəkilən yollarda müəyyən sıxlıq müşahidə olunub.

***

Həftə sonu dağlıq ərazilərə qar yağışı ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfərlər etmiş və bugun axşam radələrində Paytaxt istiqmamətlərinə qayıtmaları səbəbindən adı çəkilən yollarda müəyyən sıxlıq müşahidə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilib. Qısa müddətdə hərəkət tam bərpa ediləcəkdir.

Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib.