05 dekabr 2022 18:27
891

Putin avtomobillə Krım körpüsündən keçib VİDEO

Rusiya Prezidenti Vladimir Putin payızda partlayışın baş verdiyi Krım körpüsünə şəxsən baxış keçirib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, Putin Rusiya Baş nazirinin müavini Marat Xusnullinin məruzəsini dinləyərkən hadisə yerinə gəlib və avtomobillə körpüdən keçib.

Xusnullin bildirib ki, 6-7 ay ərzində körpünün dəmir yolu hissəsində ikinci yolun bərpası nəzərdə tutulur.